Bazarlar və uşaq bağçalarında terror təhlükəsi

6 Avqust 2012 15:25 (UTC+04:00)


AzNews.az saytı Pravda.ru istinadən xəbər verir ki, Vladiqafqazda bazarlar və uşaq baxçaları üçüncü dəfə teror təhlükəsi səbəbiylə bağlanıb. Şimali Osetiyanın Daxili İşlər nazirliyindən Rusiya mətbuatına verilən məlumata görə polis əməkdaşlarından birinin əl telefonuna naməlum şəxsdən teror aktının törədiləcəyi barədə SMS daxil olub. Polis mümkün ehtimalları nəzərə alaraq uşaq baxçalarını və bazarları bağlamaq, evakuasiya etmək barədə qərar qəbul edib. Bundan əlavə Daxili İşlər nazirliyindən bildiriblər ki, hal hazırda SMS göndərən şəxsin şəxsiyyətinin təsdiq edilməsi yönündə araşdırmalar gedir. Qeyd edək ki, eyni nömrədən oxşar mesaj avqust ayının 4 də də daxil olmuşdu.


Sadiq

AzNews.az