Kürdəmirdə iki yük maşını toqquşdu; yaralılar var

8 Noyabr 2013 14:53 (UTC+04:00)
Bakı-Qazax yolunun 205-ci kilometrliyində iki yük maşını toqquşub.

APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində qeydə alınıb.

Bakı sakini, 1974-cü il təvəllüdlü Çıraqov Mahir Həsən oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını, qarşı tərəfdən gələn, Şirvan şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Abxan Gülbala oğlunun idarə etdi "KamAZ"la toqquşub. Hər iki sürücü xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AzNews.az