MTRŞ aparıcıların nitqindəki qüsurları açıqladı

8 Noyabr 2013 15:15 (UTC+04:00)

Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin sentyabr-oktyabrında aparılan monitorinqlərinin nəticələri açıqlayıb.

MTRŞ sədrinin müavini Qafar Cəbiyev bildirib ki, Azərbaycan teleradio məkanında dövlət dilindən istifadə ilə bağlı narahatçılıq üçün əsas ola biləcək çox ciddi problemim yoxdur.

Diıçilik İnstitunun dosenti Təranə Şükürova bildirib ki, özəl televiziyaların yayımladığı verilişlərin dilində səhvlərlə rastlaşıb. Bu, ən çox televiziyaların səhər proqramlarında müşahidə edilib. İTV qismən burada istisnalıq təşkil edir.

İnsitutun dosenti Aytən Bəylərova qeyd edib ki, özəl televiziyalarda ədəbi dilin monitorinqi informasiya və tok-şou verlişlərdə aparılıb. Dialekt sözlərdən istifadə ANS-də xüsusilə "Günəbaxan" verilişində müşahidə edilib. ANS televiziyasında xəbərlərin aparıcısının nitqində tələffüz səhvləri tapılıb.

ANS telekanalının aparıcısı İsa Şükürovun nitqində tez-tez işlədilən "kifayət qədər", Xəzər TV-nin əməkdaşı Günay Rəhimovanın nitqində "aha" sözü, "Sağlıqla", Xəzər TV-nin digər aparıcısı Vəfa Sadıqovanın nitqində təkrarlanan "yəni" sözünə rast gəlinib.

Monitorinqlər nəticəsində məlum olub ki, bütün özəl kanalların "Səhər" musiqili-informasiya proqramlarının aparıcılarının nitqi bəsitdir, zəngin söz ehtiyatına malik deyillər. "Günə baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlunun nitqi xalis Bakı dialektindədir. "ATV"-nin "İdman xəbərləri"nin aparıcısı Sənan Şəfizadənin nitqi aydın deyil. "ATV Olay"ın aparıcısı Mətanət Əliverdiyeva efirdə çox gərgin danışır. "Space" Tv-nin "Hər səhər" proqramı sanki azyaşlı uşaqların bir yığıncağıdır. Həmin verilişin aparıcısı Əlifin nitqi çox bəsitdir.

Elnur
AzNews.az