Məşhur futbolçunun Azərbaycan reklamı Türkiyə mətbuatında

9 Noyabr 2013 13:41 (UTC+04:00)

Futbol kariyerasına İspaniyanın "Ateltico Madrid" komandasında başlayan Arda Turanın Azərbaycan banklarından birinin reklam üzü olması Türkiyə mətbuatında diqqətlə qarşılanıb.

"Hürriyyet" xəbər verir ki, məşhur futbolçunun reklamının çəkilişləri Arda Turanın Bakıya səfəri zamanı aparılıb.

Bu arada "Atletico Madrid`"də son oyunlarda xəsarət alması səbəbilə forma geyinə bilməyən Arda Turan artıq məşqlərə başlayıb. Onun bazar günü oynanacaq "Villarreal" matçında meydançaya çıxması gözlənilir.

Elnur
AzNews.az