Tanınmış jurnalist vəfat etdi

9 Noyabr 2013 17:32 (UTC+04:00)
Türkiyənin ustad yazarı və televiziya jurnalisti Savaş Ay bu gün dünyasını dəyişib.

O, 15 ildir ki, xərçəng xəstəsi idi. Jurnalist ay yarım müalicə olunduğu Samatya dövlət xəstəxanasında keçinib.

1954-cü ildə Qaziantepdə dünyaya gəlmiş Savaş Ay 1974-cü ildə "Dünya" qəzetində işə başlayıb. "Tercüman", "Vatan", "Milliyet", "Sabah" qəzetlərində, atv, TGRT, Kanal D,Kanal 6, Show TV, Flash TV və Star TV telekanallarında işləyib.

Bundan başqa aktyorluq məharəti olan yazar teleseriallara və filmlərə də çəkilib.(anspress)