Bakının mərkəzində ağır yol qəzası- FOTO

10 Noyabr 2013 08:00 (UTC+04:00)
Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində Nurlan Mustafayevin idarə etdiyi "Mercedes Benz"lə Vüsal Həsənovun idarə etdiyi "Nissan Sunny" markalı avtomaşın toqquşub. Toqquşma nəticəsində "Nissan Sunny" aşıb.

Avtomaşının sürücüsü Vüsal Həsənov hadisə yerindəcə keçinib. Digər sürücü Nurlan Mustafayev yüngül bədən xəsarətləri alıb.

Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə verilən məlumat əsasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər. Xilasedicilər Vüsal Həsənovun "Nissan Sunny"də sıxılıb qalan meyitini xüsusi alət və avadanlıqlardan istifadə etməklə çıxarıb, aidiyyatı üzrə təhvil veriblər.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən işıqforların işləməməsi olub.

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

AzNews.az