Sərhəddə zəlzələ qeydə alındı

10 Noyabr 2013 09:10 (UTC+04:00)
İran və Türkiyə sərhəddində şənbə günü 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend məlumat verir.

Boğaziçi Universitetinin Kandilli rəsədxanasının və Zəlzələ Araşdırmaları İnstitutunun məlumatlarına görə, yeraltı təkanlar yerli vaxtla saat 23:41 radələrində baş verib.

Zəlzələ nəticəsində hələlik dağıntı, ölüm və xəsarət halları qeydə alınmayıb.

AzNews.az