Sabah yağış yağacaq

11 Noyabr 2013 12:26 (UTC+04:00)
Sabah paytaxt Bakıda və Azərbaycanın bəzi ərazilərində yağış yağacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı gözlənilir, bəzi yerlərlərdə yağış yağacaq. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-12, gündüz 13-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da noyabrın 12-də bəzi yerlərdə yağış yağacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

AzNews.az