İran irimiqyaslı hərbi təlimlər keçirəcək

12 Noyabr 2013 08:11 (UTC+04:00)
İran Quru Qoşunları və Hərbi-Hava qoşunları noyabrın sonunda irimiqyaslı təlimlər keçirəcək. Trend-in verdiyi məlumata görə, bu barədə İran Hərbi Qüvvələri Quru Qoşunlarının komandanı, briqada generalı Əhmədrza Purdastan bildirib.

Generalın sözlərinə görə, təlimlər zamanı döyüşün aparılmasının müxtəlif növləri təqliq ediləcək.

Ə. Purdasatan həmçinin bildirib ki, bu təlimlərdə İran Silahlı Qüvvələrinin fərqli bölmələri iştirak edəcək və yerli istehsal olan qabaqcıl silahlar sınaqdan keçiriləcək.

AzNews.az