XİN-dən “DQR“in tanınması ilə bağlı qanun layihəsinə REAKSİYA

12 Noyabr 2013 10:46 (UTC+04:00)




"Ermənistan parlamenti tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsinin müzakirəsi münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərəcək və bu prosesin pozulmasına yönəlib".

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu məsələnin Ermənistan parlamentində müzakirəyə çıxarılması təxribatdır: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır".

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Ovik Abramyan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin noyabrın 12-də keçiriləcək növbədənkənar sessiyada müzakirə olunacağını açıqlayıb. Qanun layihəsi müxalifətdəki "İrs" Partiyası tərəfindən hazırlanıb.


AzNews.az