“Azərbaycanın ərazi bütövlüyü önəm verdiyimiz əsas məsələdir”- Abdulla Gül

12 Noyabr 2013 16:21 (UTC+04:00)
"Azərbaycanın ərazi bütövlüyü Türkiyənin önəm verdiyi əsas məsələdir".


APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevə "Dövlət Nişanı"nın, Abdulla Gülə isə "Heydər Əliyev" ordeninin təqdim edilməsi mərasimindən sonra iki ölkənin dövlət və hökumət rəsmiləri qarşısında çıxışında prezident Abdulla Gül deyib.

O, Azərbaycan prezidenti ilə görüşdə ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunduğunu söyləyib: "İkitərəfli münasibətlərdə çox önəmli böyük iqtisadi layihələr – enerji, qaz, nəqliyyat layihələrini nəzərdən keçirdik. Ayrıca, Azərbaycanın milli məsələsi, bizim də milli məsələmiz olaraq baxdığımız Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqların azad edilməsi məsələlərini nəzərdən keçirdik. Bu problemlər şübhəsiz ki, Türkiyənin ən çox önəm verdiyi məsələlərdən biridir. Ümid edirəm ki, əvvəl-axır bu məsələ həllini tapacaq. Bütün bunların diplomatiya yolu ilə gerçəkləşməsinə də böyük önəm veririk".

AzNews.az