Eldəniz Quliyev: “Ondan adam olmayacaq”

12 Noyabr 2013 17:30 (UTC+04:00)
"Eldar Namazovun rəhbərlik etdiyi "EL"-in ictimai-siyasi hərəkat olaraq fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Bu məsələ ilə bağlı "El" hərəkatında hər hansı fikir ayrılığı yoxdur".

Bunu AzNews.az-a "EL" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev bildirib. Əflan İbrahimovun yaradacağı "El" Hərəkatı Partiyasının sənədləşməsinə gəlincə, E.Quliyev bunları söyləyib:

"O, neynir eləsin, böcəkliyindən başqa səmtə çıxa bilməyəcək. O xislətdə də qalacaq. Nə istəyir yaratsın. Amma bir şeyi dəqiq bilirəm ki, ondan adam olmayacaq".

Xatırladaq ki, Əflan İbrahimov "El" Hərəkatı Partiyasının qeydə alınması üçün dekabrın 20-ə kimi Ədliyyə Nazirliyinə müraciət olunacağını vurğulayıb.

Bahar
AzNews.az