Baş nazirin kortejində qəza -Video

7 Avqust 2012 09:50 (UTC+04:00)
Rusiya hökumətinin başçısı Dmitri Medvedevin Kamçatkaya səfəri zamanı avtomobil qəzası baş verib. AzNews.az xezerxeber.com-a istinadən xəbər verir ki, insident iyulun əvvəlində baş versə də, mətbuta avqustun 6-da yol tapıb. Hadisənin qurbanı olmuş Olqa Kuklinanın sözlərinə görə, o, öz avtomobililə gedərkən yol polislərinin işarəsinə uyğun maşını saxlayaraq korteji buraxmaq istəyib.
Yüksək sürətlə gələn mikroavtobus isə 6 aylıq körpənin də olduğu avtomobili sol tərəfdən vurub keçib. Kortej keçəndən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları qadına yaxınlaşaraq günahkar onun olduğunu bildiriblər.
Amma hadisəni lent Kuklinaya alibi qazandırıb və onun günahsız olduğunu aydınlaşıb. FTX əməkdaşlarından birinin sözlərinə görə, əgər video-lent olmasaydı, "biz ona 37-ci ili göstərəcəkdik". Avtomobilə 319 min rubl ziyan dəydiyi müəyyənləşib. Bu vəsaitin 120 min rublunu sığorta şirkəti ödəyib. Qalan hissəsini isə yalnız məhkəmə vasitəsilə almaq mümkündür.



AzNews.az