Zərdüşt Əlizadə: “Hər iki ölkənin ehtiyat etmək üçün əsasları var”

7 Avqust 2012 10:05 (UTC+04:00)
"Hazırda dövlətlər arasında münasibətlər aydınlaşdırılır". Bu sözləri AzNews.az-a politoloq Zərdüşt Əlizadə Türkiyənin İraqla sərhədi bağlamasına münasibət bildirərkən deyib. O, bildirib ki, İraqda və Türkiyədə, Qərbin dəstəyi ilə terrorçu qruplaşmalar fəaliyyət göstərir. Hazırda dövlətlər arasında münasibətlər aydınlaşdırılır və düşünürəm ki, hər iki ölkənin ehtiyat etmək üçün əsasları var. Politoloqun sözlərinə görə, terrorun artması dünyada aparılan qeyri-ədalətsiz ictimai-siyasi münasibətlərin nəticəsidir. O vurğulayıb ki, bu cür münasibətlər çarəsizlikdən, ədalətsizlikdən və inamsızlıqdan başqa bir şey gətirmir.

Mirvari Nəcəf
AzNews.az