“İki gün sonra Əli İnsanov azadlıqda olacaq” – Vəkil

13 Noyabr 2013 15:02 (UTC+04:00)

Noyabrın 15-də Ali Məhkəmədə Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına baxılacaq.


İclasın nəticəsi olaraq Əli İnsanovun azadlığa buraxılması istisna edilmir.

Keçmiş səhiyyə nazirinin vəkili Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, Əli İnsanov özü pleniumun iclasında iştirak etməyəcək və iclas mətbuat nümayəndələri üçün qapalı olacaq: "Əvvəl də belə düşünürdük, indi də belə düşünürük ki, Əli İnsanov azadlığa buraxılacaq. Başqa cür ola bilməz. İki gündən sonra sabiq nazir azadlıqda olacaq".

Elnarə
AzNews.az