Ordumuzda silahlı insident: yaralı var

14 Noyabr 2013 09:45 (UTC+04:00)
Azərbaycan Ordusunda daha bir silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.

Ordumuzun əsgəri, 19 yaşlı Elman Süleymanovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə E. Süleymanovun əsgər yoldaşı, 19 yaşlı Natiq Əsədova dəyib. N Əsədov hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


AzNews.az