İctimai Palata buraxılası olmadı - Açıqlama

14 Noyabr 2013 11:07 (UTC+04:00)
"İctimai Palatanın Koordinasiya Şurasının iclasında bir sıra vacib məsələlər müzakirə olundu. Amma müzakirə zamanı İctimai Palatanın buraxılması ilə bağlı heç bir fikir səsləndirilmədi".


Bunu AzNews.az-a İctimai Palatanın Koordinasıya Şurasının üzvü Qələndər Muxtarlı deyib.

O deyib ki, əsas müzakirə gələcək planlarla bağlı olub: "Əsas müzakirə edilən məsələlər keçən dövrə siyasi-hüquqi qiymət vermək, yeni situasiyaya uyğun fəaliyyət proqramının hazırlanması oldu".

Bahar Rüstəmli
AzNews.az