Şarl Aznavur siyasətçilərə rüşvət verdiyini etiraf etdi

14 Noyabr 2013 12:48 (UTC+04:00)

Məşhur fransız şansonu, bu yaxınlarda qızının müsəlman olduğu bildirilən, erməni əsilli Şarl Aznavur rüşvət verdiyini etiraf edib. Erməni əsilli musiqiçi "France Inter" radiokanalına vediyi müsahibədə bildirib ki, 1970-ci ildə siyasətçilərə rüşvət verib.

Onun sözlərinə görə, həmin illərdə daha az vergi vermək üçün siyasətçilərə pul verib:

"Vergilər səbəbindən mənim hətta öz yerim belə yox idi. Vəkillər də mənə baha başa gəlirdilər. Ancaq bundan daha da pisi olub. Siyasətdə bir neçə nəfər var ki, pul müqabilində mənim işimi yoluna qoya bilərdilər. Mən onlara seçkilər üçün müəyyən məbləğdə pul verdim. Ancaq bu mənə baha başa gəldi. Bizim vasitəçimiz vardı, pulları harasa apardı. Ancaq mən hərdən şübhələnirəm ki, bu vasitəçi özü elə həmin adamlar olub".

Elnur
AzNews.az