Benzinin qiyməti 1 manata qalxdı- FOTO

14 Noyabr 2013 12:56 (UTC+04:00)
İran İslam respublikasından Naxçıvan muxtar Respublikasına gedən yol bağlandıqdan sonra bölgədə yanacağın qiyməti qalxıb.

İndi Sədərəkdən tutmuş Ordubada kimi bütün yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin qiyməti 1 manatadır.

Bu barədə "Axar.az"a Şərur rayon Şahtaxtı sakini Muxtar Əliyev məlumat verib. Onun dediyinə görə, iki gündür ki, muxtar respublikada əməlli yanacaq qıtlığı hiss edilir: "Hətta 1 manata belə benzin tapmaq müşkülə çevrilib. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi isə bilinmir"

AzNews.az