Natiq Miri: “...Şairlərimiz tezliklə vətənlərinə qayıda bilərlər”

7 Avqust 2012 12:06 (UTC+04:00)
"Son zamanlar İran-Azərbaycan arasında istiləşmə müşahidə olunur". Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, iki ölkə arasında istiləşmə müşahidə olunur: "Bu, Azərbaycan prezidentinin İrana Qoşulmama Hərakatının rəsmi tədbirinə dəvətdən tutmuş, Azərbaycanın İran televiziyasının əməkdaşının cəzasının yarıbayarı azlatması və ən nəhayət, İran dini liderinin Qarabağ haqda verdiyi çox önəmli fətva hər iki ölkənin münasibətləri istiləşdirmək istəyinin göstəricisidir.
Belə olduğu təqdirdə, gərgin münasibətlərin girovuna çevrilən şairlərimizin bundan sonra həbsdə uzunmüddətli saxlanmasına lüzum qalmayacaq. Ona görə də düşünürəm ki, cüzi hüquq pozuntuları əsas gətirilməklə, qısa müddətli cəza kəsilə bilər. Bunun müqabilində də şairlər tezliklə vətənlərinə qayıda bilərlər".
Politoloq vurğuladı ki, əksinə, şairlər azad olunmazsa, ciddi mənada qərəz nümayiş olacaq. Bu da münasibətləri tənzimləməyə imkan verməyəcək: "Belə olan təqdirdə, ehtimal ki, dövlət başçısı İlham Əliyev İrana dəvətdən imtina etməli olacaq. Bu isə ciddi etirazın nümayişi anlamına gələcək".

İlkin
AzNews.az