Açıq-saçıq geyinən qadınlar həbs edilməyəcək

14 Noyabr 2013 20:35 (UTC+04:00)
İngiltərənin "Teleqraf" saytının xəbərinə görə, İranın prezidenti Həsən Ruhani əxlaq polisinə açıq-saçıq geyindiyini düşündüyü qadınları həbs etmələrini qadağan edib.

"Qaşte Ərşad" gücünün ləğv olunması İranın qatı islami libas standartlarının dəyişdirilməsi və seçkidə verilən vədin yerinə yetirilməsi deməkdir.

Ruhani geyim standartlarının qorunması ilə əlaqədar Daxili İşlər Nazirliyinə əmr verib. İran polisi isə libasın artıq hüquq mühafizə orqanlarının deyil, "İctimai şura"nın səlahiyyətində olduğunu bildirib.(axar.az)