Qızmar istilər davam edəcək

7 Avqust 2012 12:45 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

İlkin
AzNews.az