NATO ekspertləri Azərbaycana gələcək

15 Noyabr 2013 11:06 (UTC+04:00)
Gələn həftə NATO-nun ayrı-ayrı strukturlarının ekspertlərindən ibarət bir neçə nümayəndə heyəti Azərbaycana gələcək.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO ekspertləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heyəti üçün müxtəlif mövzularda bir neçə təlim kursları təşkil olunacaq. Həmçinin hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək.

Qeyd edək ki, noyabrın 25-dən 29-dək Azərbaycan Silahlı Qüvvələrində NATO günlərinin keçirilməsi də planlaşdırılır.

AzNews.az