İrandan Türkiyəyə inqilab hədəsi...

7 Avqust 2012 13:38 (UTC+04:00)


Türkiyənin Suriya siyasəti İran tərəfindən kəskin tənqid olunub. Islam inqilabı keşikçiləri korpusunun komandanı Həsən Firuzabadi korpusun rəsmi saytına müsahibəsində bildirib ki, Suriyadan sonra növbə Türkiyəyə gələcək.
O həmçinin Suriyadakı qırğınlara görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətəri ittiham edərək adı keçən dövlətlərin Suriya siyasətini kəskin tənqid atəşinə tutub. ABŞ – ı "böyük şeytan"adlandıran Firuzabadi qonşu dövlətlərin bu ölkəyə yardım etməsini doğru siyasət saymayıb və əlavə edib ki, "onlar bilsinlər ki, Suriyadan sonra növbə Türkiyə və digərlərinə çatacaq".
Qeyd edək ki, İran yaxın zamanalarda Suriya probleminin həlli yollarını müzakirə etmək məqsədiylə beynəlxalq konfrans təşkil etməyi planlaşdırır.

Sadiq
AzNews.az