Şeyx beynəlxalq konfransda çıxış edəcək

15 Noyabr 2013 15:33 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə şənbə günü Belarusa səfər edəcək. Bu barədə İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Səfər Minsk və Slutsk mitropoliti, bütün Belarusun patriarx ekzarxı Filaretin dəvəti ilə həyata keçiriləcək.

Səfərdə məqsəd VIII "Qloballaşma şəraitində xristianlığın və İslamın dialoqu" konfransında iştirakdır. İlk konfrans 2007-ci ildə keçirilib.
Konfrans Xristian Birliyinə Yardım üzrə Papa Şurası ilə birgə təşkil olunacaq. Noyabrın 17-19-da keçiriləcək konfransda QMİ-nin sədri məruzə ilə çıxış edəcək.

Konfransda MDB və Qərbi Avropa ölkələrinin bütün ənənəvi dinlərinin din xadimləri də iştirak edəcəklər.
Tədbir çərçivəsində yüksək səviyyədə görüşlər gözlənilir.

AzNews.az