Dörd nəfər Ruhi Əsəb Dispanserindən qaçdı

16 Noyabr 2013 09:49 (UTC+04:00)
Azərbaycan paytaxtında ruhi xəstələr Ruhi Əsəb Dispanserindən qaçıb.

Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən məlumat verilib.

Məlumata görə, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan 4 nəfər xəstəxanadan qaçıb. Onlar qaçarkən xəstəxanada xidmət aparan polis əməkdaşına da xəsarət yetiriblər.

Xəstələrin saxlanılması üçün xüsusi qrup yaradılıb. Hazırda onların tutulması istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az