“Qorxma mən səninləyəm” 2-nin təqdimatında - Video

16 Noyabr 2013 23:00 (UTC+04:00)
Xəbər verdiyimiz kimi Heydər Əliyev Sarayında rejissor Yuli Qusmanın "Qorxma mən səninləyəm" filminin 2-ci hissəsinin premyerası olub.


"Qafqazinfo" xəbər verir ki, filmi izləyənlər arasında Azərbaycanın "Eurovision" təmsilçisi, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra səhnədən uzaqlaşan Aysel Teymurzadə də olub.

Hər zaman medianın diqqətində olan Azərbaycana "Eurovision-2009" müsabiqəsində 3-cü yeri qazandıran Aysel növbəti dəfə həyat yoldaşı ilə bərabər görüntülənib.

Qeyd edək ki, Azərbaycanın ən gözəl qızlarından biri olan Aysel Teymurzadə Murad Adıgözəlova ərə gedəndən sonra sənəti ilə vidalaşıb. Cütlüyün bir övladı var.

"Qafqazinfo" MuzTV-yə istinadən həmin kadrları təqdim edir:




AzNews.az