Sulutəpədə evlər sökülür - Qarşıdurma (Video)

17 Noyabr 2013 13:26 (UTC+04:00)
Dünən Bakının Sulutəpə qəsəbəsində 15-ə yaxın ev sökülüb.

"Bizim Yol" məlumatına görə, söküntü yerli sakinlərə qarşı zorakılıqla müşayiət olunub.

Bildirilir ki, bir müddət əvvəl yeni tikililər və yaşayış olmayan yerlər uçurdulurdusa, bu dəfə, 2012-ci ilin əvvəllərində olduğu kimi, çoxdan tikilmiş, içində yaşayış olan evlər sökülüb. Hətta bəzi evlər əşyaları çıxarılmadan uçurdulub. Kəlbəcər rayonundan məcburi köçkün olan Əliyevlər ailəsi 4 azyaşlı uşaqla çöldə qalıb… İnşa edilməkdə olan villalara əl vurulmayıb.



AzNews.az