Qatar avtomobillə toqquşdu: 24 ölü

18 Noyabr 2013 08:24 (UTC+04:00)
Misirdə qatarın relsdən çıxaraq avtomobillə toqquşması nəticəsində 24 nəfər ölüb, 28 nəfər yaralanıb.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qatarın sərnişinləri arasında toy mərasimindən qayıdan çox sayda insan olub. Ölənlərdən də bir çoxu məhz həmin toydan qayıdanlardır.

Ölü sayının artacağı istisna edilmir.

Elnur
AzNews.az