Altay Mehdiyevə yeni vəzifə

18 Noyabr 2013 08:59 (UTC+04:00)
Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş komandan əvəzi, HHQ Qərargah rəisi, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, A. Mehdiyev Silahlı Qüvvələr Akademiyasının rəisi təyin edilib.

Qeyd edək ki, indiyədək Silahlı Qüvvələr Akademiyasının rəisi, general-mayor Nəcəf Qəmbərov olub.

AzNews.az