Birinci xanımın porno film qalmaqalı

18 Noyabr 2013 12:52 (UTC+04:00)
Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, ölkəni diktatura rejimi ilə idarə edən Kim Çen İrin xanımı, sabiq müğənni Ri Sol Çjunun pornoqrafik filmlərə çəkildiyi sübut olunub.

Şimali Koreyanın birinci xanımının diktator Kim Çen İrə ərə getməzdən əvvəl çəkildiyi pornofilmlər və fotolar indi Şimali Koreyada gizlicə, çox baha qiymətə satılır. Bu görüntülər Cənubi Koreyada da yayılır.

Ri Sol Çjunun subaylıq illərində çıxış etdiyi orkestr üzvləri ilə birlikdə pornofilmlərə çəkildiyi, sonra da pornobiznesə qurşanaraq görüntülərini satdığı da vurğulanır.

Şimali Koreyada noyabrın 3-də 80 nəfər pornoqrafiya və Cənubi Koreyada istehsal edilmiş teleserialların CD disklərini satmaqda suçlanaraq edam olunublar. /Milli.Az/