Voronejdə gəlmələrlə dava olub - VİDEO

18 Noyabr 2013 19:00 (UTC+04:00)
Rusiyanın Voronej vilayətinin Novoxopersk rayonun sakinləri ilə nikel hasilatçısı Ural Dağ-Mədən Şirkəti tərəfindən tutulmuş mühafizəçilər arasında toqquşma olub.

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, Yelan yatağına qazma qurğusu yerləşdirmə cəhdi kazaklar və yerli sakinlər tərəfindən sərt müqavimətlə qarşılanıb. Yerli fəalların bildirdiyinə görə, bir nəfər traktorun altında qalıb, hazırda ona tibbi yardım göstərilir. Bir nəfəri isə infarkt qabağı durumda təcili yardım maşını aparıb. Hadisə zamanı, xüsusi geyimli mühafizəçilər əhaliyə hücum edərək onları döyməyə başlayıb.



AZNews.az