Qaz sızması yanğına səbəb oldu- Şamaxıda

19 Noyabr 2013 13:18 (UTC+04:00)
Bu gün səhər saatlarında Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 125 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

Məlumata görə, otaqlar və aynabənddən ibarət evin 1 otağın və aynabəndin tavanı 45 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik tikilmiş çörəkbişirmə sexi (ümumi sahəsi 100 kv.m) yanğından mühafizə olunub. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yerli sakinlərin AzNews.a-a verdiyi məlumata görə, yanğın qaz sızması nəticəsində baş verib.

Elnarə
AzNews.az