Bakıda tərcümə mərkəzi yandı

20 Noyabr 2013 09:03 (UTC+04:00)
Bakıda tərcümə mərkəzinin binasında yanğın olub.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv. m olan tərcümə mərkəzinin içərisində avadanlıqlar 20 kv. m sahədə yanıb. Tərcümə mərkəzinin qalan hissəsi, bitişik notariat kontoru və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az