Avropa Birliyindən prezidentlərin görüşünə reaksiya

20 Noyabr 2013 14:39 (UTC+04:00)
"Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü və dialoqun davam etməsi faktını alqışlayırıq".

APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils deyib.

O bildirib ki, AB danışıqlar prosesinə cəlb olunmadığı üçün görüşün məzmunu haqda heç nə deyə bilməz.

AzNews.az