Gəncədə mağazadan oğurluq edilib

20 Noyabr 2013 21:39 (UTC+04:00)
Gəncədə mağazadan pul, siqaret və ərzaq məhsulları oğurlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Rövşən Həziyev Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək bildirib ki, ona məxsus mağazadan oğurluq edilib.

Hadisə yerinə gedən polis əməkdaşları müəyyən edib ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər mağazanın qapısını sındıraraq içəriyə daxil olub və oradan 900 manat dəyərində müxtəlif növ siqaret, 200 manat dəyərində telefon danışıq kartları, 350 manat nağd pul, 30 manat dəyərində müxtəlif spirtli içkilər, 50 manat dəyərində saqqız və digər ərzaq məhsulları aparıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az