İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib

20 Noyabr 2013 23:36 (UTC+04:00)
İsmayıllıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1974-cu il təvəllüdlü Elman Əzizov idarə etdiyi "VAZ - 21100" markalı avtomaşınla yolu keçmək istəyən piyada, rayonun Vaşa kənd sakini, 1940 – cı il təvəllüdlü Ağalar Xanəliyevi vurub.

Yaralı təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az