Putin Ərdoğanla görüşəcək

21 Noyabr 2013 08:24 (UTC+04:00)
RF Prezidenti Vladimir Putin noyabrın 21-22-də Rusiyada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Trend-in verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Məlumatda qeyd olunur ki, V.Putin Sankt-Peterburqa gələcək və burada Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak edəcək.

Tədbir çərçivəsində RF Prezidenti və Türkiyə Baş naziri arasında ayrıca görüş keçiriləcək.

R.T.Ərdoğan RF dövlət başçısının dəvəti ilə noyabrın 21-22-də Rusiyada işgüzar səfərdə olacaq.

AzNews.az