Elmar Məmmədyarovla erməni həmkarı görüşəcək- Kiyevdə

21 Noyabr 2013 09:32 (UTC+04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan dekabrın 5-6-da Kiyevdə keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində görüşəcəklər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Xoqan bildirib.

O, qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəldilmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır.

AzNews.az