Putin Sarkisyanla görüşəcək

8 Avqust 2012 10:27 (UTC+04:00)


Sabah Rusiya və Ermənistan prezidentləri Vladimir Putin ilə Serj Sarkisyanın görüşü olacaq. AzNews.az-ın Xezerxeber.com-a istinadən verdiyi xəbərə görə, Kremlin mətbuat xidməti "görüş zamanı iki ölkə arasında siyasi, humanitar və ticari-iqtisadi məsələlərin müzakirə olunacağı"nı açıqlayıb. Bundan başqa, görüşdə Rusiya ilə Ermınistanın Avrasiya inteqrasiya prosesləri çəriçivəsində, xüsusilə də, MDB və KTMT kimi qurumlarda birgə fəaliyyəti, hazırda aktual olan beynəlxalq və regional məsələlər, o cümlədən, Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediləcək. Bildirək ki, Rusiya Ermənistanın əsas xarici sərmayəçisi və vacib ticarət tərəfdaşlarındandır. Belə ki, 2012-ci ilin yanvar-may ayları ərzində Rusiyanın Ermənistana sərmayə qoyuluşu 2,8 milyard dollar təşkil edib. İkitərəfli mal dövriyyəsinin həcmi 434,8 milyon dollardır.

AzNews.az