Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edəcək – Özəl

21 Noyabr 2013 11:15 (UTC+04:00)
Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edəcək.


Bu barədə məlumatı AzNews.az-a sabiq nazirin vəkili Toğrul Babayev verib.

Vəkilin sözlərinə görə, müraciət Ali Məhkəmənin noyabrın 15-də Əli İnsanovla bağlı çıxardığı qərarın verilməsi ilə bağlıdır: "Biz qərarı hələ ala bilməmişik. Buna görə də Əli İnsanov özü şəxsən Ramiz Rzayevə müraciət edəcək ki, qərar bizə təqdim olunsun. Çünki müdafiə tərəfi olaraq bizim sonrakı fəaliyyətimiz qərarın bizə nə zaman verilməsindən asılıdır".

Xatırladaq ki, Plenumun qərarına əsasən, Əli İnsanov barəsində Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib. Birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Əli İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Elnarə
AzNews.az