Gün ərzində 50 cinayət faktı qeydə alınıb

21 Noyabr 2013 21:51 (UTC+04:00)
Noyabrın 20-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 50 cinayət faktından 32-nin üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınmış 7 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölıb, 12 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 29 nəfər tutulub.

AzNews.az