Azərbaycanın bəzi rayonları qazsız qalacaq

22 Noyabr 2013 10:20 (UTC+04:00)
Təmir işləri ilə əlaqədar bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 09:00-dan Şəki rayonuna və Siyəzən rayonunun bir hissəsinə, saat 09:00-dan 18:00-dək İsmayıllı, Xızı və Abşeron rayonlarının bir hissəsinə, saat 10:00-dan Suraxanı rayonunun bir hissəsinə, saat 10:00-dan 12:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 16:00-dək Şamaxı rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Ucar, Xətai, Tovuz və Sabunçu rayonlarının bir hissəsinə təbii qaz məhdudiyyətlərlə veriləcək.

Həmçinin saat 11:00-dan 12:00-dək Nizami rayonunun bir hissəsinə, saat 11:00-dan 14:00-dək Sumqayıt şəhərinin bir hissəsinə, saat 11:00-dan 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 14:00-dan 15:00-dək isə Səbail rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

AzNews.az