Akif Əlizadə Prezident Administrasiyasına müraciət etdi

22 Noyabr 2013 11:06 (UTC+04:00)



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxınlığında binaların tikintisinə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edib.

APA-nın məlumatına görə, Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, rəsədxana gecə çalışır və binaların işıqları müşahidəyə mane olur.

O, bu kimi hallar aradan qaldırılmalı olduğunu vurğulayıb: "İnanıram ki, Prezident Administrasiyasında bizim narahatlığımıza reaksiya veriləcək. Mətbuatın da bu məsələni diqqət mərkəzində saxlamağa çağırıram".

AzNews.az