2014-cü ilin dövlət büdcə zərfi qəbul edildi

22 Noyabr 2013 11:53 (UTC+04:00)
Bu gün Milli Məclisin plenar iclasında büdcə məsələsinə daxil olan 6 qanun layihəsi qəbul edilib.

AzNews.az-ın xəbərinə görə, Milli Məclis "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2014-cü il üçün xərclər smetalarını, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında" qanunu qəbul ediblər.

İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək dövlət büdcəsi layihəsinin parlament komitələrinin iclaslarında geniş müzakirə olunduğunu deyib:

"Gələn ilin büdcəsi balanslaşdırılmış büdcədir və ölkənin inkişafına xidmət edəcək".

AzNews.az