Ordumuzda daha bir intihar

8 Avqust 2012 13:23 (UTC+04:00)

Azərbaycan ordusundan daha bir ölüm xəbəri gəldi. AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Murad Qurban oğlu Ağakərimli aldığı güllə yarasından dünyasını dəyişib. Onun tabeliyindəki silahdan özünə açdığı atəş nəticəsində öldüyü bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M. Ağakərimli bu ilin aprel ayında Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


AzNews.az