Millət vəkili vəfat edən generaldan yazdı

22 Noyabr 2013 14:21 (UTC+04:00)

"İndicə internet saytlarında Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev kabinetində infarkt nəticəsində dünyasını dəyişməsi xəbərini eşitdim. Çox pis oldum. O, əsl general idi".

AzNews.az-ın xəbərinə görə, bunu deputat Aydın Mirzəzadə Facebook səhifəsində yazıb:

"Məhəmməd müəllimlə Sərhəd Xidmətində keçirilən tədbirlərin birində tanış olmuşduq. Sonradan dəfələrlə dövlət və sərhədçilərin tədbirlərində görüşmüş və onu yaxından tanıya bilmişdim.

May ayında isə birlikdə Lənkərana sərhəd zastavasına birlikdə gedik. Yolda kasıb bir ailədən çıxmağından, SSRİ dövründəki hərbi qulluğundan, 1992-ci ildə Qarabağ döyüşlərinə görə Vətənə qayıtmağından danışdı.

Xaraktercə təmkinli, zəhmətkeş, məsuliyyətli və səmimi bir insan idi. O əskəri , tabeliçiyində olan zabiti çox gözəl başa düşürdü, onlara qarşı çox diqqətcil idi.

Onun dünyasını dəyişməsinə inana bilmirəm, o çox tez getdi, onun yeri çox görünəcək.

Uşaqları hələ tam ərsəyə gəlməmişdi, məktəbyaşlı oğlu ilə nəfəs alırdı.

Səni itirdik, Məhəmməd.

Allah rəhmət eləsin!"

Elnur
AzNews.az