İran rəsmisi “Hizbullah”ın baş katibi ilə görüşdü - FOTO
22 Noyabr 2013 19:10 (UTC+04:00)
Livanda səfərdə olan İranın Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan "Hizbullah" təşkilatının baş katibi Şeyx Həsən Nəsrullahla görüşüb.
APA-nın İran mətbuatına istinadən məlumatına görə, görüşdə ikitərəfli əlaqələr, İranla "altılıq" ölkələri aparılan nüvə müzakirələri, İranın Livandakı səfirliyinə yönəlik hücum, Suriya böhranı, digər regional və qlobal məsələlər müzakirə edilib.
AzNews.az