Latviya DİN: “Dağıntı altında heç kim qalmayıb, sabah səhərdən axtarış dayandırılacaq“

23 Noyabr 2013 22:04 (UTC+04:00)
AzNews.az latış mətbuatına istinadən xəbər verir ki, Riqadakı Maxima ticarət mərkəzinin damı 3 - cü dəfə çökdükdən sonra xilasedicilər həyatları ilə risk etməsinlər deyə rəsmi Riqa dağıntı yerində axtarış - xilasetmə tədbirlərini sabah səhərdən dayandıracaq. Latviya DİN ekspertlərlə müzakirələrdən sonra qərara alıb ki, uçqun altında diri adamin olması şansı artıq sıfra bərabərdir. Amma uçqun altında hələ də 7 nəfərin cəsədi ola bilər.
Xatırladaq ki, hadisə yerində artıq 3 gündür ki, axtarış işləri aparılır. Bu müddət ərzində dağıntıların altından 54 nəfərin, o cümlədən 3 xilasedicinin cəsədi çıxarılıb. 40 nəfər xəsarət alıb. Onların arasında xilasetmə xidmətinin 13 əməkdaşı var. 29 nəfər xəstəxanalara yerləşdirilib.

Əlı
AzNews.az