Hacı Şahindən “Allah.az"-a etiraz

24 Noyabr 2013 17:32 (UTC+04:00)
""Allah.az" adlı saytın yaradılmasını düzgün hesab etmirəm".

Bunu AzNews.az-a açıqlamasında Məşədi Dadaş məscidinin imam-camaatı, Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli deyib. O bildirib ki, Allah-Təalanın təbliği başqa resurslarla da aparıla bilər: "Hər kəsin öz fikiri var. Amma mən bunun əleyhinəyəm. Rəbbimizin adının bu istiqamətli fəaliyyət üçün istifadə olunması məqsədəuyğun deyil. İnternet resurslarda belə işin görülməsi Allah-Təalanın şəninə yaraşmayan hərəkətdir".

Xatırladaq ki, Axar.az saytı ilahiyatçı Elşad Mirinin "Allah.az" adlı sayt açmaq niyyətində olması barədə məlumat yaymışdı. Məlumatda qeyd edilirdi ki, bu məqsədlə o, eyniadlı domeni artıq qeydiyyatdan da keçirib.
Məsələ ilə bağlı mətbuata açıqlama verən E. Miri bildirib ki, domenin alınmasının və saytın yaradılmasının əsas məqsədi İncildə, Tövratda, Quranda, Sintuizmdə, Brahmanizmdə, Konfutsionizmdə, Sintoizmdə, Buddizmdə və s. dinlərdə Allahla bağlı yer alan fikirlər haqqında məlumat verməkdir: "Məqsədimiz odur ki, insanlar "Allah" sözünün hardan gəldiyini, Allahın adlarının və sifətlərinin hansı olmasını bilsinlər.

Məhəmməd
AzNews.az